2 məhsuldar ötürmə verdi, ən yaxşı seçildi
25.06.2018 , 10:24

Kolumbiya millisi dünya çempionatının qrup mərhələsindəki ikinci görüşdə Polşa ilə üz-üzə gəlib.
Kolumbiyalıların 3:0 hesabı ilə qalib gəldiyi matçın ən yaxşı oyunçusunun adı müəyyənləşib.
FİFA-nın seçiminə əsasən, bu, Xames Rodrigesdir. “Bavariya”nın üzvü 2 məhsuldar ötürmə ilə komandasının qələbəsində pay sahibi olub.
