İspaniya çempionatının 26-cı turu çərçivəsində baş tutan "Las Palmas" – "Barselona" matçı uzunmüddətli seriyasının qırılması ilə yadda qalıb
Belə ki, 78 matçdan sonra La Liqada Kataloniya klubunun qapısına penalti təyin edilib. Matçın 48-ci dəqiqəsində təyin edilən zərbədən sonra Kalyeri "Barsa"nı məyus edib.
Katalonlar sonuncu dəfə 2016-cı ilin fevralında penalti ilə cəzalandırılmışdı.
Qeyd edək ki, La liqa tarixində "Real"ın 2 belə uzun müddətli seriyası olub – 1953-1956 və 1969-1972.
