2 il 8 ay sonra komadan ayıldı
27.03.2020 , 18:26

2 il 8 ay komada olan “Ayaks”ın futbolçusu Abdelhak Nuri ayılıb.
Korner.az xəbər verir ki, bunu Niderland mətbuatına açıqlamasında futbolçunun qardaşı deyib. O, qardaşının Nurinin tədricən özünə gəldiyini bildirib:
“Qardaşım asqırır, qaşları ilə bizə işarə edir və yemək yeyir. Ancaq hələ yataqdan qalxa bilmir”.
2017-ci ilin iyulunda “Verder”lə sınaq matçında Abdelhak Nurinin ürək ritmi pozulub. 22 yaşlı niderlandlı yarımmüdafiəçiyə 20 dəqiqə ürək masajı edilib. Daha sonra helikopterlə xəstəxanaya aparılan futbolçunun beynində ciddi problem olduğu müəyyənləşib.
