big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

2 debüt, Premyer Liqada 80-ci qol, 21-ci qoleador

11.05.2013 , 11:17

Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində “Kəpəz”in qonağı olan “Rəvan” məğlub olsa da, oyun komanda üçün bəzi məqamlarla yaddaqalan oldu. 2 futbolçunun əsas komandada rəsmi debüt etdiyini vurğulamaq kifayətdir.
 
Korner.az-ın klub saytına istinadən verdiyi məlumata görə, müxtəlif səbəblərə görə “Dalğa Arena”dakı oyuna ciddi itkilərlə çıxan “Rəvan” əsas heyətin 5 dəyişməz üzvünün yoxluğunda əsasən daha az oynayanlar və gənclərlə mübarizə apardı. Çempionatlar tarixində 110-cu görüşünü keçirən komandada əvəzedici heyətin 2 üzvü – 1993-cü il təvəllüdlü qapıçı Sadiq Ramazanovla 1997-ci il doğumlu yarımmüdafiəçi Anar Həsənov debüt etdi. Sadiq bütün matçı meydanda keçirdisə, Anar 86-cı dəqiqədə meydana çıxdı və artırılmış vaxtı da nəzərə almaqla 8 dəqiqə oynadı. Bununla belə, qısa müddət ərzində o özü haqda müsbət fikir formalaşdırdı. Hər halda, oyundan sonrakı mətbuat konfransında baş məşqçi Ramil Əliyev gənclərdən məhz Anarın çıxışından razı qaldığını söylədi. Qeyd edək ki, Sadiq və Anar Premyer Liqada “Rəvan” forması geyinmiş uyğun olaraq 53-cü və 54-cü oyunçu oldu.
 
Zədə səbəbi ilə cari mövsüm elə də çox oynamaq şansı qazanmayan Vüsal Qarayev isə Premyer Liqada ilk dəfə start heyətində meydana çıxdı. Özü də oyunun sonlarında fərqlənən “9” nömrə cari mövsümdə ilk qolunu vurdu. O, komandanın elitada mübarizə apardığı dövrdə fərqlənən 21-ci üzvü oldu. Qeyd edək ki, Vüsal ötən mövsüm 9 matçda meydana çıxsa da, qol vura bilməmişdi. Hər halda, bu dəfə “şeytanın qıçını qıran” Qarayev həm də komandanın qollu seriyasını 12 oyuna çatdırmasına yardım etdi. Bu qol eyni zamanda “Rəvan”ın Premyer Liqada rəqib qapılarından keçirdiyi 80-ci top oldu. Ötən mövsüm 39 dəfə fərqlənə komanda bu dəfə artıq 41 qol vurub.

Son yazılar

To Top