2-ci liqanın qalibi məlum oldu
14.05.2024 , 19:33
Azərbaycan 2-ci liqasında mövsümün qalibi bəlli olub.
Korner.az xəbər verir ki, “Bakı Sportinq” 25-ci turda öz meydanında “Dinamo”ya 4:2 hesabı ilə qalib gələrək sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Paytaxt təmsilçisi xallarını 61-ə çatdırıb. 2-ci pillədəki “Füzuli”nin isə 56 xalı var.
Qeyd edək ki, reqlamentə əsasən 2-ci liqanın qalibi yeni mövsümdən 1-ci liqada çıxış etməlidir.
Xatırladaq ki, 1-ci liqada sonuncu olacağı dəqiqləşən “Araz Saatlı” isə yeni mövsümdən 2-ci liqada oynayacaq.