“Qarabağ”ın futbolçusu Dani Kintana uzun müddətdən sonra yaşıl meydanlara dönüb.
İspaniyalı futbolçu bu gün Topaz Premyer Liqasının I tur çərçivəsində baş tutan “Neftçi” – “Qarabağ” matçında şans qazanıb. O, oyunun 75-ci dəqiqəsində Qara Qarayevin əvəzinə meydana daxil olub.
Ötən mövsümün XVI turunda AZAL-la səfər qarşılaşmasında diz bağlarından ciddi zədə alan futbolçu bu gün meydana çıxmaqla 6 aylıq həsrətə son qoyub. O, dönüşünü 190-günə rəsmiləşdirib.
