19 yaşlı futbolçu Avropa Liqasında turun ən yaxşısı seçildi
12.04.2019 , 18:45

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyən olub.
UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğuya əsasən, “Benfika”nın yarımmüdafiəçisi Xoao Feliks turun ən yaxşısı seçilib.
Qeyd edək ki, Feliks “Ayntraxt”a 4:2 hesabı ilə qalib gəldikləri oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənmişdi.
