Bu gün müstəqil Azərbaycanın uzunömürlü layihələrindən olan "Futbol+" qəzetinin 19 yaşı tamam olur.
Korner.az-ın məlumatına görə, yaranan çətinliklərə baxmayaraq bu nəşr nəinki ayaqda qalmağı, hətta ildən-ilə inkişaf etməyi bacarıb.
1997-ci il oktyabrın 21-də kiçik kollektivlə işə başlayan qəzet ötən müddətdə bir çox bacarıqlı kadrlar yetişdirib. Həftədə 5 dəfə nəşr olunan qəzetin bu gün 3642-ci sayı oxucularla görüşə gəlib.
Korner.az saytı "Futbol+" qəzetinin rəhbəri Mahir Rüstəmli başda olmaqla, qəzetin hazırkı kollektivini və məzunlarını əlamətdar gün münasibətilə təbrik edir, böyük yaradıcılıq uğurları arzulayır.
