“Nottingem Forest”in şotlandiyalı yarımmüdafiəçisi Oliver Berk karyerasını Almaniyada davam etdirəcək.
Korner.az-ın məlumatına görə, 19 yaşlı futbolçu Bundesliqa təmsilçisi “RB Leyptsiq” klubu ilə müqavilə imzalayıb.
Bu transfer üçün 19 milyon funt sterlinq (təqribən 22 milyon avro) ödəyib. Bununla da Berk Şotlandiya futbolu tarixinin ən bahalı oyunçusu olub.
