Bu heftə Çempionlar Liqasının ¼ final mərhələsinin cavab oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, ÇL-də həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
UEFA-nın rəsmi saytında keçirilən səsvermə nəticəsində qitənin ən nüfuzlu turnirində həftənin oyunçusu “Monako”lu Kilian Mbappe seçilib. Səslərin 51 faizi 18 yaşlı oyunçuya verilib.
Qeyd edək ki, “Monako”nun “Borussiya”nı 3-1 hesabı ilə məğlub etdiyi matçda fransa təmsilçisinin qollarından birini Mbappe vurmuşdu
