Markus Raşford İngiltərə millisinin tarixinə düşüb.
Korner.az-ın məlumatına görə, Avstraliya ilə yoldaşlıq matçında 3-cü dəqiqədə fərqlənən 18 yaşlı hücumçu İngiltərə millisində qol vuran ən gənc futbolçu olub.
Qeyd edək ki, İngiltərə – Avstraliya oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
