Futbol üzrə Azərbaycan I Divizionunda 18-ci tura start verilib.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, turun mərkəzi qarşılaşmasında “Ağsu” doğma azarkeşləri önündə “Qaradağ Lökbatan”a 2:1 hesabı ilə qalib gələrək turnir cədvəlində ilk dəfə olaraq liderliyi ələ keçirdi.
Qeyd edək ki, “Ağsu” – “Qaradağ Lökbatan” oyunu İdman Azərbaycan kanalı ilə canlı yayımlanıb.
“Energetik” – “Şuşa” – 1:3
Qollr: Röyal Məmmədov, 1 // Elvin Adışirinli, 30; Rövşən İsmayılov, 72; Məhəmməd Bədəlbəyli. 90+1
“Şəmkir” – “Göyəzən” 0:0
“Ağsu” – “Qaradağ Lökbatan” 2:1
Qollar: Rəhman Əzizov, 45+1; Elçin Həşimov, 69 // Timur Dadaşov, 56
