“Qəbələ” “İmişli”yə, “Sumqayıt” “Karvan-Yevlax”a qalib gəldi
30.01.2026 , 19:00
Bu gün Azərbaycan Premyer Liqasında 18-ci turun oyunlarına start verilib.
Korner.az xəbər verir ki, turun ilk günündə iki qarşılaşma baş tutub.
İlk olaraq “Karvan-Yevlax” doğma meydanda “Sumqayıt”ı qəbul edib və 0:2 hesabı ilə rəqibinə məğlub olub.
Günün ikinci görüşündə isə “Qəbələ” “İmişli” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin qəələbəsi ilə bitib – 3:2.
30 yanvar (cümə)
14:30. “Karvan-Yevlax” – “Sumqayıt” – 0:2
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: İnqilab Məmmədov
AVAR: Teymur Teymurov
Yevlax şəhər stadionu
17:00. “Qəbələ” – “İmişli” – 3:2
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Əliyar Ağayev
AVAR: Rahil Ramazanov
Qəbələ şəhər stadionu