Haaland ən yaxşı seçildi
12.06.2023 , 18:07
“Mançester Siti”də 2022/2023 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu, Erlinq Haalanddır.
Azarkeşlər arasında keçirilən səsvermə nəticəsində o, birinci seçilib.
Norveçli hücumçu 2022/2023 mövsümündə klubu ilə bütün turnirlərdə 52 qol vurub.
O, İngiltərə Premyer Liqasının və Çempionlar Liqasının ən yaxşı bombardiri olub.
