Manenin yeni klubu məlum oldu
16.05.2023 , 16:54

Mövsümün sonunda “Bavariya” ilə yollarını ayıracağı gözlənilən Sadio Manenin yeni ünvanı bəlli olub.
Korner.az xəbər verir ki, ulduz futbolçunun gələn mövsüm Premyer Liqada çıxış edəcəyi gözlənilir.
Bunun ən böyük səbəbi isə oyunçunun illik 20 milyon avro qonorarını yalnız İngiltərə klublarının ödəyə biləcəyi göstərilib.
İngiltərə mətbuatında yer alan xəbərə görə, 31 yaşlı futbolçunum “Liverpul”a keçəcəyi gözlənilir.
Sadio Mane bu mövsüm “Bavariya”nın heyətində 37 oyuna çıxıb. O, bu matçlarda komandası üçün 12 qol vurub, 6 məhsuldar ötürmə edib.
