“Qalatasaray” 13 futbolçunu göndərir – adlar məlumdur
26.04.2023 , 14:22

“Qalatasaray” yeni mövsüm üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, klub artıq transfer çalışmalarına başlayıb.
Mövsümün sonunda komandadan gedəcək futbolçuların da sayı az deyil.
Baş məşqçi Okan Buruk 13 futbolçunu göndərəcək. Artıq adlar da məlumdur. Gedənlər arasında futbolçulardan Emre Taşdemir, Emre Kılınç, Xuan Mata, Yusuf Demir, Bafetimbi Qomis, Oğulcan Çağlayan, Talyan Antalyalı, Alpaslan Öztürk və Mostafa Mohamed yer alıb.
