Son 8 mövsümün rekordu
10.04.2023 , 11:21

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 29-cu turunda “Şamaxı” ilə qarşılaşıb (1:1).
Korner.az xəbər verir ki, həmin matçda meydan sahiblərinin qolunun müəllifi olan Runi Eva son 8 mövsümün rekorduna imza atıb.
O, 2015-ci ildən sonra bir çempionatda ən çox qol vuran afrikalı legioner adına sahib olub. Kamerunlu forvard cari mövsümdə 12-ci dəfə fərqlənib.
Afrika təmsilçisinin daha çox qol vurması sonuncu dəfə 2014/15 mövsümündə reallaşıb. Həmin vaxt AZAL-da forma geyinən konqolu Freddi Mombonqo 13 dəfə fərqlənib.
Sonrakı 8 ilin rekordu isə İbrahima Vadjiyə məxsus idi. “Qarabağ”ın sabiq üzvü ötən çempionatda 11 dəfə rəqib qapılarına yol tapa bilmişdi.
