Azərbaycan kubokunda qrupların tərkibi müəyyənləşdi
21.02.2023 , 12:28

Basketbol üzrə Azərbaycan kubokunda qrupların tərkibi müəyyənləşib.
Püşkatma mərasimi qurumun inzibati binasında baş tutub.
21-26 mart tarixləri aralığında “Sərhədçi” İdman Mərkəzində keçiriləcək Azərbaycan ubokunda 8 komanda A və B qruplarında mübarizə aparacaq.
A qrupunda “Sabah”, “AAAF Xırdalan”, “Sərhədçi”, “Gəncə”, B qrupunda isə NTD, “Zirvə Astara”, “Neftçi” və “Olimpik Şəki” qüvvələrini sınayacaq.
Basketbol üzrə Azərbaycan kubokunun reqlamentinə əsasən, oyun zamanı meydançada mütləq şəkildə 3 yerli basketbolçu olmalıdır.
