Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirəcək.
Korner.az-ın məlumatına görə, yığmamız Belarusun U-17 komandası ilə qarşılaşacaq
Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar yığmamız meydana qara sarğı ilə çıxacaq.
