“Mançester Siti”nin futbolçusu Fil Foden Çempionlar Liqasının tarixinə düşüb. 17 yaşlı müdafiəçinin rekordu ÇL-in qrup mərhələsində “Şaxtyor”la oyunda qeydə alınıb.
2000-ci il təvəllüdlü futbolçu 21-ci əsrdə doğulmuş futbolçular arasında ÇL matçında start heyətində meydana çıxan ilk oyunçu olub. İngiltərəli futbolçu 17 yaş 192 günlüyündə meydana çıxıb.
