17-ci turun ən yaxşı oyunçusu seçildi
21.02.2019 , 12:28

Topaz Premyer Liqada 17-ci turun ən yaxşı futbolçusu məlum olub. “InStat”ın təhlilinə əsasən, bu, “Keşlə”in hücumçusu Amil Yunanovdur.
“Sumqayıt”a qarşı görüşdə 90 dəqiqə meydanda olan futbolçu bir qolla yadda qalıb. Araşdırmalara əsasən Amil Yunanov turun ən yaxşı indeksə malik futbolçusudur. “Keşlə” – “Sumqayıt” görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
