big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

1600 dollara satılan sərvət və ilk çempionluq – LAYİHƏ

30.01.2017 , 08:15

Sportfm.az və Korner.az saytlarının "Nefçi” – 80: ağ və qara tarix” layihəsi çərçivəsində üçüncü yazısı
 
Əvvəlini oxumaq üçün buraya kliklə: http://korner.az/v3/xeber/37638/
 
İlk çempionatın ilk qalibi
 
1991-ci ildə keçirilib-keçirilməyəcəyi məlum olmayan 54-cü SSRİ çempionatı son anda baş tutdu. Bütün Sovetlər imperiyasını bürüyən problemlər, 1990-cı ilin 20 yanvarında xalqımızın başına açılan müsibətlərə baxmayaraq, "Neftçi” 1-ci dəstənin görüşlərində ölkəmizi təmsil etdi. Hətta komandanın rəisi Çingiz İsmayılovun bildirdiyinə görə, Moskvada keçirilən püşkatma zamanı Rusiya klublarının nümayəndələri öz birinciliklərini – Rusiya çempionatını keçirmək istəklərini bildiriblər. Ukrayna Gürcüstan klubları isə, ümumiyyətlə, oynamaqdan imtina ediblər. 
 
Son SSRİ çempionatını 1-ci dəstədə 15-ci sırada bitirən "Neftçi” yeni mövsümə səylə hazırlaşırdı. Baş məşqçi Əhməd Ələsgərov sözün həqiqi mənasında komandanın əvvəlki şöhrətini qaytarmaq istəyirdi. Lakin ölkədəki siyasi hadisələr həyatın bütün sahələrinə sirayət etdiyi kimi, futboldan da yan ötməmişdi.
1991-ci il mövsümündən sonra Baltikyanı ölkələr və Gürcüstanla yanaşı, Ukrayna da öz müstəqil çempionatını keçirəcəyini bəyan etdi. Bir müddət sonra SSRİ-nin dağılması ilə nəticələnən siyasi proseslər MDB adlı təşkilatın yaranmasıyla yekunlaşdı. İttifaqın futbol mətbəxinə rəhbərlik edən Vyaçeslav Koloskov isə MDB çempionatı keçirmək ideyasını ortaya atdı. Orta Asiya, Rusiya və Ermənistanla yanaşı, Azərbaycan da bu çempionatın keçirilməsinə razılıq vermişdi…
Yarış təşkilatçıları "Neftçi”ni güclülər dəstəsinə qoşmuşdular. Artıq püşk atılmış, təqvim də tutulmuşdu. Belə vəziyyətdə Moskva "Spartak”ı oynamaqdan imtina etdi. Komandanın baş məşqçisi Oleq Romantsev bunun səbəbini yeni iqtisadi münasibətlərlə izah etdi, komandasının Bakı, Düşənbə və Daşkəndə getməsi üçün əlavə xərclərin mənasız olduğunu bildirdi. Bundan sonra digər Moskva klubları da "Spartak”a qoşuldu. Bu bəyanat MDB respublikaları komandalarını çempionatdan qovmağa bərabər idi. Moskva klublarının mövqeyi bəlli olandan sonra Koloskov və ətrafı öz iddialarından əl çəkməyə məcbur oldu.
 
1600 dollara satılan "sərvət”
 
Moskvada cərəyan edən hadisələrdən sonra futbolumuza rəhbərlik edən şəxslər müstəqil çempionatın keçirilməsinin vacibliyini başa düşdülər. Qısa müddətdə AFFA yaradıldı, ilk müstəqil milli çempionatın keçirilməsi qərara alındı. SSRİ dağılarkən "Neftçi”nin Moskvadakı bank hesabında olan 2 milyona yaxın rubl, İqor Ponomaryovun İsveçə satışından gələn 1600 dollar vəsait ölkəmizə köçürüləndən sonra klub onu müharibəyə yardım fonduna verdi.
İttifaq miqyaslı yarışlara hazırlaşan "Neftçi” Respublika birinciliyində oynamalı oldu. Bu fakt oyunçuların psixologiyasına təsirsiz ötüşmədi. Bəzi oyunçular bu durumla barışmayıb komandanı tərk etməyi üstün tutdular. Buna baxmayaraq, "Neftçi” heyətin özəyini qoruya bildi. İlk çempionata 26 komanda buraxıldı. Komandalar iki A və B adlanan yarımqruplara bölündülər. İlk mərhələdə onlar ilk altılığı müəyyənləşdirməliydilər, ikinci mərhələdə isə medalların sahibləri müəyyən edilməliydi. "Neftçi” 1-ci mərhələ oyunlarına A yarımqrupunda başladı. 
 
İlk qol penaltidən
 
Aydın İbrahimovun prezidenti olduğu və Əhməd Ələsgərovun rəhbərlik etdiyi paytaxt klubu Azərbaycan çempionatına ilk turdan qatıla bilmədi. Buna səbəb isə ilk turdakı rəqib Bakı "İnşaatçı”sının İran səfərində olması idi. Komanda yalnız 3-cü turdan çempionata qoşuldu. "Neftçi” müstəqilliyin birinci görüşündə "Xəzər”i qəbul edirdi. Sumqayıtlıların heyətində komandamızın bir neçə keçmiş oyunçusu da çıxış etdiyindən, rəqib çox güclü idi. Oyun gərginliyi ilə seçildi. Bakılılar yalnız sona 3 dəqiqə qalmış Yunis Hüseynovun penaltidən vurduğu qolla qələbə qazandılar. Bir maraqlı məqam isə ondan ibarətdir ki, bu görüşdən sonra "Neftçi”nin futbolçusu Novruz Əzimov könüllü olaraq cəbhəyə yollandı.
 
Hadisələri bir qədər qabaqlayıb qeyd edək ki, "Neftçi” çempion olandan sonra AFFA-nın qərarına əsasən, 1 oyun keçirməsinə baxmayaraq, Novruz Əzimova qızıl medal təqdim edildi. Bundan sonra ardıcıl 12 oyunda bakılılar məğlubiyyətin nə olduğunu bilmədilər. 
 
Superkomandanın üzləşdiyi çətinlik
 
Əyalətlərdə əzəmətinə şübhə olmayan "Neftçi” superkomanda kimi heyrət doğururdu. SSRİ dönəmində uzun illər daxili çempionatda çıxış etmiş klublar indi respublikanın bir nömrəli komandasına qarşı oynamalı idilər. "Neftçi”nin şan-şöhrəti psixoloji cəhətdən həmin komandaları əzirdi. Çempionatın 1-ci mərhələsinin 2-ci turunda Şamaxı təmsilçisi "Şirvan”la görüşdə komanda ən böyükhesablı qələbəsini (8:1) qazandı. Həmin matçda Respublika stadionuna toplaşan 2 min azarkeş 18-ci dəqiqədə komandanın liderlərindən olan Arif Əsədovun zədələnərək, yerini gənc Faiq Cabbarova verməsinə şahidlik etdi. İlk yarışda "Neftçi” hətta ardıcıl 9 oyunda öz qapısının toxunulmazlığını da təmin edə bilmişdi. Komandanın qələbə seriyası 15-ci turadək davam etdi. Çempionatda iddiası ilə seçilən "Xəzər” flaqmanla oyuna sanki son döyüş kimi çıxmışdı. Qələbələrdən arxayınlaşan "Neftçi” milli çempionatda ilk böyükhesablı məğlubiyyətini Sumqayıtda aldı. Bu oyunla həm də Yunis Hüseynovun seriyası qırıldı. Ardıcıl 12 oyunda rəqib qapıçıları məyus edən kapitanın bu görüşdə rekordu da qırıldı. 
 
Ələkbərovun qızıl qolu
 
"Neftçi” ilk mərhələnin sonuna qədər də məğlubiyyət acısı dadmadı. İkinci mərhələdə əvvəlki xallar hesaba alındığından, "ağ-qaralar”ın üstünlüyü açıq-aşkar idi. Bəlkə də bu üstünlüyün nəticəsindən vəzifəni əvvəldən yerinə yetirən futbolçular final mərhələsini bir qədər zəif keçirdi. Gəncədəki və "Qarabağ”la "ev”dəki uğursuzluqlara baxmayaraq, komanda ilk çempionluğunu oktyabrın 24-də Respublika stadionunda rəsmiləşdirdi. Həmin gün "Turan”la qarşılaşan lider ilk "qızıl”ına qovuşdu. Qonaqlar hesabı açsalar da, Samir Ələkbərov 42-ci dəqiqədə qızıl qolu vurdu. O, həm də "Neftçi”nin ölkə çempionatındakı 100-cü qolunun müəllifi idi. Mövsümün sonunda Samir Ələkbərov Azərbaycanın ilk müstəqil çempionatının ən güclü futbolçusu seçildi.
Çempionatda rəqib tanımayan komanda kubok yarışında elə də uğurlu çıxış etmədi. İlk oyunda Qaxda "Kürmük”ü minimal hesabla məğlub edən bakılılar növbəti oyunda büdrədi. Komanda 1/4 finalda "İnşaatçı” (Bakı) səddini keçə bilmədi – 1:2. Kubok yarışında "Neftçi”nin ilk qolunun müəllifi isə Samir Ələkbərov oldu. Komandanın heyətində ən çox oyun keçirən (34) Samir Ələkbərov rəqib qapılarından 36 top keçirərək bombardir oldu. Yunis Hüseynov 29 top vuraraq, "Neftçi”nin 2-ci ən sərrast futbolçusu ünvanını qazandı. Ərani Beydiyev 9 topla komandanın 3-cü ən çox fərqlənən futbolçusu idi. İlk çempionatda qalib gəlməsinə baxmayaraq, komandanın baş məşqçisi Əhməd Ələsgərov Bakını tərk etmək qərarına gəldi.
Baş məşqçinin ardınca ağır iqtisadi vəziyyətin hökm sürdüyü ölkədə "Neftçi” adlı "gəmini” ilk tərk edən futbolçu Dmitri Kramarenko oldu. 18 yaşlı gənc qolkiper Rusiyaya, Moskva "Dinamo”suna yollandı. Onun ardınca çempion heyəti Əsgər Abdullayev, İqor Getman, Vladislav Nosenko, İlham Qəmbərov da tərk etdi. 
Ümumiyyətlə, ilk ölkə çempionatında "Neftçi”nin heyətində çıxış edən futbolçular bunlar idi: Dmitri Kramarenko (36 oyun), Etibar Şükürov (9), Əsgər Abdullayev (33), Emin Ağayev (30), İqor Getman (28), Arif Əsədov (28), Vladislav Nosenko (27), Faiq Cabbarov (24), Zaur Babayev (10), Ramazan Ağayev (4), Novruz Əzimov (1), Rasim Abuşov (27), Mais Əzimov (26), Yunis Hüseynov (25), Bəxtiyar Musayev (24), Ərani Beydiyev (25), Təbriz Həsənov (19), Elşən Qəmbərov (12), Rauf Bayramov (1), Samir Ələkbərov (34), İlham Qəmbərov (28), Nurəli Əsədov (10). 
Qeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

Son yazılar

To Top