16 yaşlı futbolçu “Qalatasaray”ın tarixinə düşdü
24.12.2018 , 11:32

“Qalatasaray”ın futbolçusu Mustafa Kapı Superliqanın 17-ci turunda dünən “Sivasspor”la keçirilən oyunda (4:2) meydana daxil olaraq rekorda imza atıb.
16 yaşlı futbolçu matçın əsas vaxtına artırılmış 5-ci dəqiqədə meydana girərək klub tarixinin Superliqada oyuna çıxan ən gənc futbolçusu olub.
Qeyd edək ki, bundan əvvəlki rekord hazırda “Başakşehir”də oynayan Əmrə Belözoğluna aid idi. M.Kapı 16 yaş 4 aylığında meydana çıxıbsa, Əmrə bunu 16 yaş 8 aylığında bacarıb.
