Ölkə futbolu

150-ci oyun, 60-cı məğlubiyyət

15.05.2021 , 12:17

“Sumqayıt” Premyer Liqada 150-ci ev oyununu keçirib.

Korner.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisinin yubileyi 27-i turda gerçəkləşib. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda “Neftçi”ni qəbul edib. Sumqayıtın eyniadlı təmsilçisi bu görüşdə 0:1 hesabı ilə uduzub.

2011/12 mövsümündən Premyer Liqada çıxış edən komanda öz meydanında keçirdiyi 150-ci matçda 60-cı məğlubiyyətini alıb. “Sumqayıt” bu görüşlərdə 51 qələbə qazanıb və 39 dəfə heç-heçə edib. Evdə 155 qola sevinən komanda 180 top buraxıb.

“Sumqayıt” Premyer Liqada ilk ev oyununu 2011-ci il avqustun 14-də keçirib. Həmin gün “Qəbələ”ni qonaq edən komanda 1:2 hesabı ilə uduzub.

Son yazılar

Yuxarı