15 yaşlı futbolçu oyun zamanı vəfat etdi
14.02.2019 , 21:24

Fransanın “Reyms” klubunun gənclərdən ibarət komandasının üzvü Məhəmməd Savan həyatını itirib.
Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
15 yaşlı Savanın ürək çatışmazlığından vəfat etdiyi bildirilir. Ölüm hadisəsi Savanın futbol oynadığı zaman baş verib.
Qeyd edək ki, Savan “Reyms”in 15 yaşadək futbolçulardan ibarət komandasının formasını geyinirdi.
