15 yaşlı futbolçu ilə müqavilə imzalandı
24.05.2019 , 17:13
“Ayaks” 15 yaşlı futbolçusu Naci Ünüvar ilə peşəkar müqavilə bağlayıb.
Klubun saytına istinadən verilən xəbərə görə, Amsterdam təmsilçisi Türkiyə əsilli hollandiyalı yarımmüdafiəçi ilə 2022-ci ilin yayına qədər sözləşmə imzalayıb.
Qeyd edək ki, “Ayaks”ın yetirməsi olan Naci Hollandiyanın U-17 komandasının üzvüdür. (qol.az)
