“Cenoa”nın futbolçusu Petro Pelleqrini 15 yaşında İtaliya A seriyasında debüt edib.
Korner.az-ın məlumatına görə, bu, ölkə çempionatının 18-ci turunda “Torino”ya qarşı görüşdə baş verib. P.Pelleqrini oyunun 88-ci dəqiqəsində meydana daxil olub.
Bununla da o, A seriyasında debüt edən ən gənc oyunçu Amadeinin rekordunu təkrarlayıb. Amadei 1937-ci ildə 15 yaşında “Roma” ilə A seriyasında ilk oyununa çıxmışdı.
