15-ci tura yekun vuruldu
15.02.2019 , 20:23

Bu gün Azərbaycan birinci divizionunda 15-ci tura yekun vurulub.
Ikinci oyun günündə 4 görüş keçirilib
“Səbail-2” – “Sumqayıt-2” görüşündə qapılara 10 qol vurulub – 5:5. Lider “Sumqayıt-2″nin xal itkisindən yararlanan MOİK zirvəni ələ keçirib. “Hərbçilər” “Turan Tovuz”u böyük hesabla məğlub edib – 3:0.
15 fevral
“Keşlə-2” – “Qaradağ Lökbatan” – 2:0
Qollar:Ülvi İbrahimov, 5, 79
MOİK – “Turan Tovuz” – 3:0
Qollar:İlqar Ələkbərov, 50, Umud Şükürlü, 62, Bahadur Həziyev, 75
“Ağsu” – “Şüvəlan” – 0:1
Qol:Tural Qürbətov, 80
“Səbail-2” – “Sumqayıt-2” – 5:5
Qollar: Xəzər Mahmudov, 17 (1:0), Ürfan İsmayılov, 23-avtoqol (1:1), Xəzər Mahmudov, 33 (2:1) Təyyar Mahmudov, 48 (3:1), İbrahim Əliyev, 63 (3:2), Ədilxan Qarəhmədov, 64 (3:3), Fərid Kərimzadə, 70-pen. (3:4), Ruslan Hacıyev, 87 (4:4), İbrahim Əliyev,88 (4:5) Elvin Dəmirov, 90+6 (5:5)
