“ÇSKA Moskva”nın “Viktoriya Pilzen” ilə UEFA Çempionlar Liqasında qarşılaşdığı matçda 15 rus azarkeş həbs edilib.
Korner.az-ın məlumatına görə, Praqa Polis təşkilatını mətbuat katibi Yan Danek sözlərinə görə, sabah saatlarında baş tutan hadisə zamanı bir rus azarkeşinin nasist salamı verdiyini, digərləri isə mühafizəçilərə hücum edib.
İxtişaş zamanı 2 polisin yaralandığını bildirən Danek tutulan azarkeşlərin 5 ilə qədər həbs cəzası ala biləcəklərini bildirib.
Qeyd edək ki, Çempionlar Liqasının D qrupunun sonuncu matçında “Viktoriya Pilzen” “ÇSKA”nı 2:1 hesabı ilə məğlub etmişdi.
