14 yaşında dünya çempionu oldu
12.10.2019 , 17:49
Azərbaycanın yeniyetmə şahmatçısı Aydın Süleymanlı dünya çempionu adını qazanıb.
Korner.az xəbər verir ki, o, Hindistanın Mumbay şəhərində keçirilən çempionatda 14 yaşlıların yarışında birinci olub.
Süleymanlı 11 oyunun 7-də qələbə qazanıb, 4-də isə heç-heçə edib. Ümumilikdə 9 xal toplayan Süleymanlı bütün rəqibərini üstələyib.