13 milyonluq transfer
30.01.2021 , 20:26
“Parma” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, A Seriyası təmsilçisi “Styaua” klubundan yarımmüdafiəçi Dennis Manı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə 4.5 illik müqavilə imzalanıb.
“Parma” bu keçid üçün 13 milyon avro ödəyib.