Azərbaycan klublarının avrokuboklardakı ən yaxşı bombardirləri siyahısında dəyişiklik olub
“Qarabağ”ın futbolçusu Miçel qitə miqyaslı turnirlərdə 5 və daha çox qol vuran oyunçularımızdan ibarət cədvələ daxil olub.
İspaniyalı yarımmüdafiəçi bunu bacaran 13-cü futbolçudu. Miçel 5-ci qolunu Çempionlar Liqasının IV turunun “Atletiko” ilə Madriddəki görüşündə vurub.
Hazırda davam edən qarşılaşmada komandasını 1:0 hesabı ilə önə çıxaran ispaniyalı Azərbaycandakı bütün avrokubok qollarını “Qarabağ”da vurub.
O, təmsilçilərimiz üçün 5 qol vuran 6-cı oyunçudu. Miçel Vüqar Nadirov, Rauf Əliyev, Julius Vobay, Dino Ndlovu və Teo Uikslə birlikdə bombardirlər siyahısında 8-13-cü yerləri tutur. Cədvələ isə 11 qollu Reynaldo başçılıq edir.
apasport.az
