Premyer Liqanın son turunda ötən tur "Qarabağ"ı 1:0 hesabı ilə udan "Simurq” 3,5 ildən sonra istəyinə çatıb.
Korner.az-ın meydanında rəqibi üstələyən Zaqatala klubu 2009-cu il sentyabrın 20-dən sonra ilk dəfə ağdamlılardan 3 xal alıb. Bu qələbəni 1269 gün gözləyən "Simurq" son 7 oyunda “Qarabağ”dan cəmi 2 xal ala bilmişdi.
Bu qələbə sayəsində xallarının sayını “Qarabağ”la eyniləşdirən Zaqatala təmsilçisi turnir ədvəlində bir pillə irəliləyərək üçünçü yerdə qərarlaşdı.
Milli komandanın oyunları ilə bağlı Premyer Liqada yaranmış fasilədən isə baş məşqçi Georgi Çixradze istifadə edərək, görüşdən sonra yetirmələrini istirahətə buraxıb.
Martın 18-də yenidən bir araya gələcək komanda bundan sonra növbəti turun hazırlıqlarına start verəcək.