“Çempionatı ləğv etmək əsassızdır”
03.04.2020 , 11:13

UEFA milli çempionatları vaxtından əvvəl bitirməyin əleyhinədir.
Qurum bununla bağlı ona üzv olan 55 assosiasiyaya məktub göndərib.
“Əminik ki, yaxın aylarda futbol yarışları yenidən davam edə bilər. Bu mərhələdə daxili çempionatları ləğv etmək üçün verilən hər hansı bir qərar əsassızdır. Yaxın aylarda futbol dövlət orqanlarının tələb etdiyi şərtlərlə davam edə bilər. Turnirlərin qaliblərinin yalnız nəticələr əsasında müəyyənləşdirilməsi lazımdır. Bu amil mövcud olmadıqda mövsümün başa çatdırılması son seçim olmalıdır.
UEFA klubların 2020/2021 mövsümündə beynəlxalq yarışlarda iştirak etmək üçün tətbiq olunan yarış qaydalarını qiymətləndirmək hüququnu özündə saxlayır. İdmanımızın əsas dəyərlərini bizimlə bölüşdüyünüzü bilirik və yarışın bütövlüyünü qorumaq üçün missiyamızda dəstəyinizi hiss edirik”.
Qeyd edək ki, ötən gün Belçikada çempionatın ləğv olunduğu və “Brügge”nin çempion elan edildiyi bildirilib.
