La Liqanın 27-ci turunda “Real Sosyedad”ı qəbul edən “Atletiko”nun futbolçusu Dieqo Qodinin 126 oyunluq seriyası qırılıb.
Korner.az-ın məlumatına görə, həmin matçın 55-ci dəqiqəsində zədələnən futbolçu meydanı tərk etmək məcburiyyətində qalıb.
Beləliklə, sonuncu dəfə 2012-ci ilin 26 sentyabrında əvəzlənən futbolçunun seriyası qırılıb.
