Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Korner.az-ın məlumatına görə, toplantıda Topaz Premyer Liqasının XI turu, Azərbaycan kubokunun 1/16 final mərhələsi və I Divizionun VII turu çərçivəsində, həmçinin Superkubok matçında baş verən qayda pozuntularına hüquqi qiymət verilib.
Qərarlar aşağıdakı kimidi:
Azərbaycan Superkubokunun “Xəzər Lənkəran” – “Neftçi” matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunur (maddə 40).
Matçın 64-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 7 №-li futbolçusu Sadio Tounkara idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur. (maddə 48). Bu cəza yalnız Superkubok oyununa şamil edilir.
Azərbaycan kubokunun 1/16 final MOİK – “Qaradağ Lökbatan” matçının 90+2-ci dəqiqəsində MOİK klubunun 10 №-li futbolçusu Ramil Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan kubokunun 1/16 final “Mil-Muğan” – “Lokomotiv” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 42-ci dəqiqəsində “Mil-Muğan” klubunun 3 №-li futbolçusu Vasif Mehrəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
Oyunun 79-cu dəqiqəsində “Lokomotiv” klubunun 9 №-li futbolçusu Nicat Əsgərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
Oyunun 88-ci dəqiqəsində “Lokomotiv” klubunun 18 №-li futbolçusu Kənan Cəfərovla “Mil-Muğan” klubunun 6 №-li futbolçusu Nicat Fərəcli biri-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanır, klublar 200 manat cərimə olunur (maddə 42.1).
Topaz Premyer Liqasının XI turunun “Rəvan” – “Bakı” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XI turunun “Rəvan” – “Bakı” matçının 21-ci dəqiqəsində “Rəvan” klubunun 26 №-li futbolçusu Miloş Adamoviç hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).
Oyunun 88-ci dəqiqəsində “Rəvan” klubunun 16 №-li futbolçusu Orxan Lalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XI turunun AZAL – “İnter” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XI turunun “Simurq” – “Neftçi” oyunun 59-cu dəqiqəsində “Neftçi” klubunun 2 №-li futbolçusu Tural Məmmədli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Oyunun 83-cü dəqiqəsində “Simurq” klubunun 3 №-li futbolçusu Kənan Müslümov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 42.1).
Azərbaycan I Divizionunun VII turunun “Neftçala” – “Şuşa” matçında “Şuşa” klubunun 6 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionunun VII turunun “Mil-Muğan” – “Karvan” matçında “Mil-Muğan” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 90+2-ci dəqiqəsində “Mil-Muğan” klubunun 8 №-li futbolçusu Zöhrab Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionun VII turunun “Göyəzən” – “Kəpəz” matçının 87-ci dəqiqəsində “Kəpəz” klubunun 2 №-li futbolçusu Nicat Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).