120 illik rekord təkrarlandı
09.12.2019 , 21:03
“Şeffild Yunayted” İngiltərə Premyer Liqasının 16-cı turunda səfərdə “Norviç”i (2:1) məğlub edib.
Korner.az xəbər verir ki, bununla “Şeffild Yunayted” 120 illik klub rekordunu yeniləyib.
Belə ki, Kris Uaylderin rəhbərlik etdiyi kollektiv son 8 səfər matçıdır ki, məğlub olmur. Komanda bu oyunlarda 2 qələbə qazanıb və 6 heç-heçə edib.
“Şeffild Yunayted” sonuncu dəfə 1899/1900 mövsümündə ardıcıl 8 səfər matçında məğlub olmamışdı.