12 milyon avroluq transfer
08.07.2020 , 16:21

Fransanın “Renn” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Liqa 1 təmsilçisi Lion “Olimpik”indən Martin Teryeni transfer edib. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
“Renn” bu keçid üçün qarşı tərəfə 12 milyon avro ödəyəcək. Əlavə bonuslarla “Olimpik”in daha 3 milyon avro gəlir əldə etməsi mümkündü.
