Sabah UEFA Super Kubokunun yeni sahibi məlum olacaq.
Final oyununda Avropa Liqasının qalibi “Mançester Yunayted”lə Çempionlar Liqasını qazanan “Real” klubları qarşılaşacaqlar. Oyundan öncə “transfermarkt” hər iki komandanın dəyərini açıqlayıb.
İki komandanın birgə dəyəri 1 milyard 273 milyon 650 min avrodur. Madrid “Real”ının heyəti 714 milyon 800 min avrodur. “Qırmızı şeytanlar”da isə bu, 558 milyon 850 min avrodur.
