Ağayevə UEFA-dan növbəti təyinat
15.11.2019 , 14:39

Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Avro-2020-nin seçmə mərhələsi keçiriləcək Malta – Norveç oyununu idarə edəcək. Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
Qeyd edək ki, oyun noyabrın 18-də Ta Qalidəki Milli stadionda olacaq.
