“Sabah”ın növbəti rəqibi məlum oldu
30.07.2019 , 12:50

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Sabah” növbəti yoxlama oyununu keçirəcək.
Korner.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Qətərin “Əl-Şahaniyə” klubu ilə qarşılaşacaq.
Matç avqustun 1-i, Bakı vaxtı ilə 18:00-da Sapanca stadionunda baş tutacaq.
