“Başakşəhər”də “yarpaq tökümü”
11.06.2019 , 15:02
Türkiyənin “Başakşəhər” klubu üç futbolçu ilə yolları ayırıb.
Korner.az-ın məlumatına görə, Emmanuel Adebayor, Riad Bayiç və Sərdar Taşçı ilə bitən müqavilə uzadılmayıb.
Adebayor 2017-ci ildən, Bayiçlə Taşçı bu ilin yanvarından “Başakşəhər”də çıxış edirdi.
