İngiltərədə 11 yaşlı futbolçunu başından güllələyiblər.
Korner.az-ın məlumatına əsasən İngiltərənin County Durham şəhərində U-12 komandalarının matçında 11 yaşlı futbolçu başından güllə ilə vurulub.
Uşaq ilk nə baş verdiyini anlamayıb və daşla vurulduğunu sanıb.
O dərhal xəstəxanaya çatdırılıb və əməliyyat edilib. Hazırda yeniyetmə futbolçunun vəziyyəti normaldır.
Hadisədə şübhəli bilinən 3 uşaq saxlanılıb.
