11 milyon avroluq transfer
19.02.2020 , 18:25

ABŞ-ın “İnter Mayami” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, MLS təmsilçisi Meksika yığmasının yarımmüdafiəçisi Rodolfo Pisarronu heyətinə qatıb.
Futbolçu Meksika “Monterrey”indən 10,91 milyon avroya transfer olunub.
Meksikalı yarımmüdafiəçi “Paçuka”nın yetirməsidi.
