“Qarabağ” klubu 3 günlük fasilədən sonra yenidən hazırlıqlara başlayıb.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda bu gün saat 14:00-da bazada toplaşaraq məşqə yollanıb. Ağdam təmsilçisi Suraxanı qəsəbə stadionunda günün yeganə çalışmasını keçib. Yeddi futbolçusunu əsas, iki futbolçusunu U-21-ə, Ansi Aqollini Albaniya millisinə göndərən komandada Branimir Subaşiç də zədə səbəbindən hazıqlara qatılmır. Sabah isə klubun iki məşqi nəzərdə tutulub.
