Dünya futbolunun ulduzları ölümcül virusun təhlükəsi və simptomları barədə cəmiyyəti məlumatlandırmaq məqsədilə başlayan “11 Ebolaya qarşı” adlı aksiyada iştirak edirlər.
Korner.az-ın məlumatına əsasən, “11 Ebolaya qarşı” adlı aksiyada Neymar, Didye Droqba, Kriştian Ronaldo, Filipp Lam kimi məşhur futbolçular iştirak edirlər.
Aksiya çərçivəsində futbolçular xüsusi video və radio çarxlarda həkimlər tərəfindən hazırlanmış informasiyanı səsləndirirlər.
