“Fənərbağça” ilə yollarını ayıran Aleks de Souza bu gün İstanbulu tərk edib.
Korner.az-ın məlumatına görə, hava limanında Türk xalqına səslənən braziliyalı oyunçu bunları deyib:
“Çox deyiləcək bir sözüm yoxdur. Son 8 ilim və xüsusilə də bu iki həftə üçün təşəkkür edirəm. Son twitter-də yazdığım mesajda da qeyd etmişəm: biz 100 faiz braziliyalı doğulduq. Öləndə isə 50 faiz braziliyalı, 50 faiz də türk olaraq öləcəyik. Buna görə sizə təşəkkür edirəm”.
