De Liqt ayrılır
09.05.2019 , 20:05

Matteys De Liqt yayda “Ayaks”ı tərk edəcək.
Bu barədə məlumatı Amsterdam təmsilçisinin idman direktoru Edvin van der Sar məlumat verib. O bildirib ki, 19 yaşlı müdafiəçi yeni mövsümdən ya İngiltərə, ya da İspaniyada oynayacaq.
Qeyd edək ki, De Liqtlə “Barselona”, “Real”, “Yuventus”, “Mançester Yunayted”, “Bavariya”, PSJ və “Liverpul”un maraqlanır.
