Boatenq: “Oyunlara çıxan zaman xarakter göstərmək lazımdır”
30.04.2019 , 21:42

İcarə əsasında “Barselona” klubunda çıxış edən Kevin-Prins Boatenq xarici nəşrlərdən birinə özəl müsahibə verib.
Boatenq karyerası ərzində baş verən ən maraqlı məqamlara toxunub.
“Mən hər zaman motivasiyamı itirdiyimi və oyunlara 100% motivasiya ilə çıxmadığımı çox yaxşı bilirəm. Əgər elə olmasaydı və daha ciddi ola bilsəydim, indi ya Barcelona’da çox vacib bir oyunçu idim, ya da 10 il müddətində Real Madrid’də oynamış bir futbolçu idim. Oyunlara çıxarkən, sənin göstərdiyin xarakter sənin karyerana təsir edir.”
Qeyd edək ki, Boatenq “Barselona” ilə 3 görüşə çıxıb və fərqlənə bilməyib.
