Del Pyero çempionluğa inanır, amma…
25.03.2019 , 12:15

İtaliyalı sabiq futbolçu Allesandro Del Pyero “Yuventus” klubunun Çempionlar Liqasındakı çıxışını dəyərləndirib.
“Yuventus” klubunun əfsanəsi Çempionlar Liqasının qazanmaq üçün maneə olmadığını və Ronaldo ilə daha da güclü olduqlarını vurğulayıb.
“Yuventus” Çempionlar Liqasının qalibi olacaq. Kriştiano Ronaldo komandaya əlavə güc qatsın deyə, buradadır. Əgər bu il Çempionlar Liqası kuboku qazanılmasa, bu faciə olmayacaq. Ronaldo hələ uzun müddət burada qalacaq.”
Qeyd edək ki, Del Pyero Turin klubunda 513 görüş keçirib və 208 qol vurub.
